18:02 Uşaqlar arasında göyöskürək yayılıb 18:02 Bu qidalar qadınlarda yaddaşı zəiflədir - XƏBƏRDARLIQ 17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb

Gündə 1 saat sosial şəbəkələrdən imtina depressiyanı azaldır

Gündə 1 saat sosial şəbəkələrdən imtina depressiyanı azaldır
Bohum universitetinin alimləri sosial şəbəkələrdə keçirilən vaxtın azaldılmasının psixi sağlamlığa təsir etdiyini açıqlayıb.


"Medicina" xəbər verir ki, alimlər 642 nəfəri 4 qrupa bölərək 4 həftə onların üzərində müşahidə aparıblar.


Birinci qrup sosial şəbəkələrdə oturma vaxtını gündə yarım saat azaldıblar.


İkinci qrup gündə 30 dəqiqə fiziki aktivliyi artırıblar.


Üçüncü qrup həm internetdə olma müddətini azaldıb, həm də gəzintiyə çıxıb.


Dördüncü qrupa heç bir tapşırıq verilməyib və onlar istədikləri qədər sosial şəbəkələrdə olublar.


Nəticələr göstərib ki, 4 həftə sonra özünü daha çox 3-cü qrup yaxşı hiss edib.


Onlarda depressiya simptomları azalıb, həyatdan razılıq hissi artıb, əhvalları yaxşılaşıb.


Hətta effekt yarım il qorunub saxlanılıb.


Digər qruplarda isə depressiya qalıb.


Bundan öncə də alimlər depressiya və nevrozun müalicəsi üçün sosial şəbəkələrdən azı 1 həftə imtinanın yüksək effekt verdiyini demişdilər.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница