17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Azərbaycanda bu telekanal bağlandı

Azərbaycanda bu telekanal bağlandı
Azərbaycanda bu telekanal bağlandı


Bu gün səhər saatlarından etibarən "ARB Ulduz”un peyk vasitəsilə yayımı dayandırılıb.

Bu barədə Oxu.Az-a "ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli məlumat verib.

Onun sözlərinə görə, "ARB Ulduz” telekanalının peyk vasitəsilə yayımının birdəfəlik dayandırılması barədə qərar qəbul edilib. Buna "ARB Ulduz”un ölkənin reklam bazarında özünü tam maliyyələşdirəcək qədər gəlir əldə edə bilməməsi səbəb olub."Təəssüf ki, ölkəmizdə tematik televiziyalar reklam bazarından kifayət qədər vəsait əldə edə bilmirlər. Musiqi yönümlü tematik kanal olan "ARB Ulduz” da reklam bazarının oyunçularından birinə çevrilə bilmədi.

"ARB Media Qrup”a daxil olan digər tematik kanal olan "ARB Günəş”in taleyi barədə də danışan Ozal İbrahimli bildirib ki, "ARB Günəş” Azərbaycanın ilk və yeganə tematik uşaq kanalıdır.

Azərbaycan dilində yayımlanan uşaq telekanalının nə dərəcədə vacib bir iş olduğunu nəzərə alaraq, "ARB Media Qrup” daxili imkanlar hesabına kanalın yayımını davam etdirməyi düşünür.

menu Menu game Oyunlar mail Poçt live Live profile Страница