18:53 Məşhur müğənni Britni Spirs bir daha çıxış etməyəcəyi ölkənin adını çəkdi 18:52 Hər gün əlinizdə bakteriyalar çoxalır - təhlükə XƏBƏRDARLIĞI 18:51 Mütəxəssislər gecə Wi-Fi-ni söndürməyi məsləhət görür 18:50 Sarımsağı soyuducuda saxlamaq olarmı? 18:49 Radiatorlar niyə yavaş-yavaş qızır və bunu necə düzəltmək olar? 18:49 Üzünüzü camaşır sabunu ilə yusanız, dərinizdə nə baş verir? 18:48 Qədim adət-ənənələr: Gəlini valideyn seçərdi, yayda toy olmazdı, məclisə pul yazdırmazdılar 18:47 Mirasa görə atasını BALTALADI: adını oğluna qoymuşdu 18:46 Yumurtanı və südü belə saxlamaq OLMAZMIŞ 18:45 Taksi artıq lüksə çevrilir: Kəskin bahalaşacaq

Qar yağacaq, yolları buz bağlayacaq

Qar yağacaq, yolları buz bağlayacaq


Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə fevralın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, bəzi yerlərdə 1 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti, Bakıda 0 dərəcəyə yaxın, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Fevralın 19-da Azərbaycanın dağlıq və dağətəyi rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə isə, fevralın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница