Вторник
ноя 19

Boliviyanın yeni prezidentinə qarşı sui-qəsd

Boliviyanın yeni prezidentinə qarşı sui-qəsd


Boliviya polisi müvəqqəti prezident Janin Anyesə qarşı sui-qəsd təşkil etməyə hazırlaşan cinayət qrupu ifşa edib.

MAY.AZ-ın məlumatına görə, Nazirlər Kabinetinin başçısı Arturo Murilyo bildirib ki, sui-qəsd Beni departamentinin Trinidad şəhərində hazırlanıb.

Bununla bağlı olaraq vəziyyət stabilləşənə qədər dövlət başçısına bu regiona səfər etmək məsləhət görülmür. Hazırda dövlət təhlükəsizliyi məqsədi ilə saxlanılan şəxslərin kimliyi və digər məlumatlar verilmir.

Qeyd edək ki, Anyes eks-prezident Evo Moralesin devrilməsindən sonra müvəqqəti olaraq hakimiyyətə gəlib. Evo Morales etirazlar fonunda Meksikaya qaçıb.

Комментарии (0)

Оставить комментарий