Четверг
июн 29

Çempionu öldürən sürücü tutuldu

Çempionu öldürən sürücü tutuldu


Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Azərbaycan çempionu Reyhan Məmmədovanın vurularaq öldürülməsi ilə nəticələnən yol qəzası barədə açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, "Qafqazinfo”ya daxil olan məlumatda qeyd edilib ki, 28 iyun 2017-ci il tarixdə saat 21:10 radələrində Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu idarə etdiyi özünə məxsus "BMW” markalı, AZ90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub. R.Məmmədova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Комментарии (0)

Оставить комментарий