Yeni xəbərlər
Azərbaycana yay fəsli daxil olub. BiG.AZ xəbər verir ki, coğrafi göstəricilərə...
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb....
Azərbaycan əhalisinin sayı açıqlanıb. MAY.AZ xəbər verir ki, bu barədə...
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. MAY.AZ xəbər verir ki,...
“Quru sərhədlərinin yaxın zamanlarda açılacağına inanıram. Parlamentdə bir neçə...
İyunun 12-si gündüzdən 15-dək əsasən şimal və qərb rayonlarında şimşək...
Bu yay hava temperaturunun normadan yuxarı olması klimatik stress yaradıb,...
Hüquq-mühafizə orqanları xarici ölkələrdən Azərbaycana mal idxal edən bir sıra...
"Paytaxt sakinlərindən "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi...
Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi Şirvan şəhərində...
Баннер
Баннер
Aylıq qazancınız sizi qane edirmi?
Son rəylər
Admin
Цитата: CalvinnowПривет! Я впервые, не могу найти правила, киньте инфу пжлст https://may.az/rules.html...
25 мая 2022 16:19
Calvinnow
Привет! Я впервые, не могу найти правила, киньте инфу пжлст...
25 мая 2022 03:34
Admin
Гость ChuckSuime, nə lazımdı?...
23 сентября 2021 16:54
Гость ChuckSuime
Кто либо распологает сведениями, как контактировать с администратором? Катаю в обратную связь, он не дает ответ....
25 августа 2021 00:33
» » Günün qoroskopu: diqqəti əsas məsələyə yönəldin

Günün qoroskopu: diqqəti əsas məsələyə yönəldin

17 янв 2017, 23:45, Admin
0 Rəy    941 dəfə baxılıb
Günün qoroskopu: diqqəti əsas məsələyə yönəldin


Qoç - stereotip qərarları dəstəkləməyin. Yeni təfərrüatlar sizə dəxli olan insan və ya hadisə ilə bağlı fikrinizi dəyişə bilər.

Buğa - planlaşdırılmış işlərin əksəriyyətini nahara qədər bitirməyə çalışın. Anlaşmaların pozulması, razılaşmaya əməl olunmaması, fikirlərin dağılması, emosiyaların məntiqdən üstün olması ehtimalı var.

Əkizlər - yeni ideyaların təqdimatına, xüsusilə də uğurlarınızı nümayiş etdirməyə tələsməyin. Şəxsi münasibətlərdə pərdələməyə və bir qədər təxirə salmağa çalşıdığınız məlumat üzə çıxacaq, nəqafil olaraq hər şeyi deyəcəksiniz.

Xərçəng - gərgin münasibətlərdə böhran ehtimalı var. Vəziyyət axşam saatlarına qədər gərginləşməyə davam edəcək.

Şir - işin maraqları çərçivəsində hərəkət edin. İnsanlara və hadisələrə məhdud eqoizm çərçivəsindən baxmayın. Yaxınlarınız və ailə üzvlərinizin maraqlarını da nəzərə alın.

Qız - işlər və görüşlər günüdür. Alış-veriş edə bilərsiniz. Gün "dolu" olacaq, amma bəzi vəziyyətlər sizi təbdən çıxara bilər. Bizneslə məşğul olanlar yeni mərhələyə qədəm qoyacaqlar.

Tərəzi - yaxın ətrafınızdakı insanlar qaradinməz olacaq, yalnız öz maraqlarını düşünəcəklər. Ailədəki münasibətlər gərilə bilər. Sərt eyhamlar etməyin, tənqidə yol verməyin. Konkret işə diqqəti yönəltsəniz, gün sizi sevindirəcək.

Əqrəb - bu gün oturaq iş üçün deyil. Hesabatın verilməsi, səfər, toplantı, məsləhətləşmə, işgüzar görüş, dövlət qurumlarında problemin həll olunması üçün əlverişli gündür.

Oxatan - diqqəti əsas məsələyə yönəldin. Lakin imkan daxilində kiçik, fəqət gərəkli işləri görün. Məmurlarla çoxsaylı təmaslar tələb edən işi başa vurmağa tələsin.

Oğlaq - kollektiv müzakirələr həll yolunun fərdi şəkildə aranmasından daha əfsəldir. Axşam saatlarını evdə keçirməyin, açıq havaya çıxın. İşlərin gedişatını yaxın insanla müzakirə edin.

Dolça - çətin və çox zəhmət tələb edən işlər, çıxış, səfəri bu günə salmaq olar. Gün ərzində əhvalınız qəflətən dəyişə bilər. Mühit sizi yaxın ətrafınızla birləşdirən maraq və məqsədlərdən asılı olaraq gərgin, cazibədar və ya sevincli ola bilər.

Balıqlar -səmimi olun, amma sonradan peşmançılıq hissi keçirməyinizə rəvac verə biləcək sözlər deməyin, hərəkətlər etməyin.
Oxşar xəbərlər:
14 мар 2017, 16:18    829    0
Yetkinlik yaşına çatmayan qızı zorlamaqda təqsirli bilinən Sabirabad rayon sakini, 1975-ci il...
Şərhlər
Добавление комментария
Saytda rəy yazmaq üçün sayta daxil olun və ya Qeydiyyat keçin!