• Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • İdman
  • Hadisə
  • Video
  • Qarabağ
  • Dünya
  • İslam
  • Forum
Tramp Qəzzada girov saxlayanları hədələdi: "Ağır cəza gözləyir"
Dünya 0

Tramp Qəzzada girov saxlayanları hədələdi: "Ağır cəza gözləyir"

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp andiçmə mərasiminə qədər İsrail-Fələstin münaqişəsində atəşkəs razılaşması əldə olunmaması və girovların geri qaytarılmaması halında Qəzza zolağında girovların saxlanmasına görə məsuliyyət daşıyanları çox ağır cəzalandıracağı ilə hədələyib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

"Girovlar 2025-ci il yanvarın 20-dək azad edilməsələr, mən qürurla Birləşmiş Ştatların prezidenti vəzifəsini icra etməyə başladıqda, Yaxın Şərqdə bəşəriyyətə qarşı bu vəhşilikləri törədənlərin hamısını çox ağır cəza gözləyir" - o bildirib.

Tramp, həmçinin Qəzza zolağında girovların saxlanması ilə bağlı danışıqların heç bir nəticəyə gətirib çıxarmamasından təəssüfləndiyini bildirib.




Son xəbərlər