HƏMAS Qəzzada atəşkəsi müzakirə etməyə hazırdır

👤 Admin 📅 27-11-2024, 11:08 👁 0 baxış 💬 0 şərh

HƏMAS ötən axşam İsraillə "Hizbullah" arasında atəşkəs razılaşmasının təsdiqlənməsindən sonra Qəzzada atəşkəsə hazır olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, AFP (Agence France-Presse) bu barədə HƏMAS hərəkatındakı mənbəyə istinadən məlumat yayıb.

"HƏMAS atəşkəs razılaşmasına və əsirlərin mübadiləsinə dair razılaşmaya hazırdır", - deyə qruplaşmanın nümayəndəsi bildirib.

Xatırladaq ki, İsrailin Nazirlər Kabineti Livanla atəşkəs razılaşmasını təsdiqləyib.

Məlumata görə, atəşkəs noyabrın 27-də Bakı vaxtı ilə saat 06:00-da qüvvəyə minib.


📌 Taglar:
🔗 Paylaş: Facebook Twitter Telegram