Məhkəmə 19 nəfərdən rüşvət alan bağça müdirini həbsdə saxladı
Hadisə 2 448

Məhkəmə 19 nəfərdən rüşvət alan bağça müdirini həbsdə saxladı

Məhkəmə 19 nəfərdən rüşvət alan bağça müdirini həbsdə saxladı


Bakı Apellyasiya Məhkəməsində rüşvət alma və dələduzluqda təqsirləndirilən "Safay" uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində olan apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, həmin şəxslərin apellyasiya şikayəti təmin edilməyib. İttiham aktına əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən "Safay" uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmə istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən T.Bağırovanın barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri dəyişdirilib. O, ötən məhkəmə iclasına gec gəldiyi üçün barəsində həbs qətimkan tədbiri seçilib. T.Bağırova məhkəmə zalında həbs olunub. Cinayət işində 19 zərərçəkmiş var.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əliyeva doqquz il, T.Bağırova isə səkkiz il altı ay müddətinə azadlıqdan məhrum ediliblər. Ev dustaqlığında olan A.Əliyev beş il müddətinə azadlıqdan məhrum edilib və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı olan məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər