26
декабря
2019
14:31
Bu sürücülər mükafatlandırılacaq – VİDEO
Dünya ölkələrində il ərzində və ya daha çox müddətdə qayda pozmayan nümunəvi sürücülərin mükafatdırılması təcrübəsi mövcuddur. Bizdə rəsmi olaraq belə mükafatlandırma mexanizmi olmasa da, DYP-nin məlumat bazasında nümunəvi sürücülər barədə məlumatlar toplanır.
Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.
Vaqif Əsədov – BŞBDYPİ-nin Bölmə Rəisi: “Mərkəzi məlumat sistemində törədilən xəta ilə bağlı heç bir informasiya yoxdursa, bu yaxşı hal hesab edilir. Həmin şəxsin yol hərəkətində nümunəvi hərəkət etməsi üzə çıxır. Bizim tərəfimizdən 10-larla belə sürücü müəyyən edilib”.
Bu məlumatlar əsasında qaydaları pozmayan sürucülər vaxtaşırı müxtəlif QHT-lər tərəfindən mükafatlarla həvəsləndirilir.
Ərşad Hüseynov – Ekspert: “Təbii ki, 1 milyon 400 min insanın arasından mümkün deyil. Lakin, hər halda nisbətən dəqiq meyarlarla, cəmiyyətin özünün arasında sorğu keçirməklə, deyək ki, o sürücünün fəaliyyətini qiymətləndirməklə, kimlərisə nümunə kimi göstərmək olar”.
Elməddin Muradlı – Ekspert: “Bu Azərbaycan reallığında inandırıcı deyil. Tək-tük sürücü ola bilər ki, 2 il ərzində heç bir xəta törətməsin. Həm onlar üçün bir motivasiyadır, həm də digər sürücülərə üçün stimul verir. Və digərlərində belə bir fikir formalaşır ki, elə edim ki, mən də o siyahıda olum”.
Ekspertlər deyir ki, yaxşı olar ki, hərəkətin təhlükəsizliyinin təmin olunmasında iştirak edən qurumlar da, belə təbliğat kompaniyalarında iştirak etsin. Bununla paralel olaraq, seçim mexanizmi daha obyektiv və şəffaf olmalıdır.
Ərşad Hüseynov – Ekspert: “Söhbət təkcə maddi həvəsləndirmədən getmir. O da olsa çox gözəl olar. Aidiyyatı şəxsə rəhbər şəxsin imzası ilə təşəkkürnamə verilir. Sadə bir şeydi, amma ömrü boyu yadında saxlayar. Bu çox yaxşı PR mövzusuna çevriləcək ki, belə bir sürücü idi, heç bir intizamsızlığı yoxdur. Üstəgəl belə bir şəraitdə alicənablıq göstərib”.
Seçilmək, nümunə olmaq üçün isə, yol polisinin hədəfinə tuş gəlməmək lazımdır. Yollardakı kameralarla, eləcə də, YPX əməkdaşları tərəfindən qeydə alınan bütün qayda pozuntuları mərkəzləşdirilmiş nəzarət bazasında toplanır. Həmin məlumatlar da nümunəvi sürücüləri müəyyən etməyə kifayət edir.