06
сентября
2020
14:02
Rayonlara bu şərtlə getmək olar — Kamran Əliyevdən AÇIQLAMA
Rayonlara gediş-gəliş yalnız fərdi nəqliyyat vasitələri ilə , eləcə də taksi xidmətindən istifadə etməklə mümkündür".
MAY.AZ pravda.az-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) şöbə rəisi, polkovnik Kamran Əliyev deyib.
K.Əliyev qeyd edib ki, el arasında "mikroavtobus" adlandırılan, əslində isə 7-8 nəfərlik minik avtomobili olanlar da rayonlara gedib-gələ bilərlər: "Əlbəttə ki, onlar taksi xidməti göstərirlər. Taksi sürücüləri tibbi-metodiki tövsiyələrə uyğun fəaliyyət göstərməlidirlər. Sürücü ilə sərnişin arasında şəffaf arakəsmə mütləq olmalı, sərnişinlərin sayı 2-dən artıq olmamaqla arxa oturacaqdan istifadə edə bilərlər. Avtobusların fəaliyyəti isə şəhər və rayon daxilidir".
Onun sözlərinə görə, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu ərazilərdə postların fəaliyyətinə ehtiyac qalmır: "Vəziyyətdən asılı olaraq qərar qəbul olunarsa, postlar yenidən qurula bilər..."