08
сентября
2016
20:08
Bakıda qurbanlıq qoyunların kəsiləcəyi ÜNVANLAR
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə qurumun mətbuat katibi Yolçu Xanvəli "Qafqazinfo”ya məlumat verib.
O qeyd edib ki, digər günlərdəki kimi Qurban bayramında da həmin məntəqələrə nəzarət olacaq:
"Ancaq bunlar dislokasiya olunmuş məntəqələr deyil. Hələ ki, heç bir icra hakimiyyətindən bizə əlavə kəsim və satış məntəqələrinin adları daxil olmayıb”.
Y.Xanvəli Bakı şəhərində fəaliyyət göstərən 10 daimi kəsim və satış məntəqələrinin adlarını da açıqlayıb.
Məntəqələrin adlarını təqdim edirik:
- "Ese” MMC ət və ət məhsullarının satışı firması
- Nizami rayonu, Bəkir Çobanzadə küçəsi
- Binəqədi rayonu, Atatürk və F.Hüseynov küçələrinin kəsişməsi
- Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Keşlə bazarı
- "Azprotein Foods” ət kəsim zavodu
- Xəzər rayonu, Binə qəsəbəsi
- "Qoç ət” Qaradağ rayonu, Lökbatan qəsəbəsi
- Nizami rayonu, "Bəsid” firması
- Bayıl qəsəbəsi
- Nərimanov rayonu, "Ucal Ergün”
- Xəzər rayonu, Binə qəsəbəsi, "Öz fermamızdan”