02
декабря
2018
11:20
Eldar Əzizov güclü yağışla əlaqədar TAPŞIRIQ verdi
Hazırda paytaxtda müşahidə edilən güclü yağış səbəbilə Bakı Şəhər İcra Hakimiyyəti gücləndirilmiş rejimdə çalışır.
MAYAZ bildirir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.
İ.Kərimovun sözlərinə görə, hava şəraitinin dəyişəcəyilə bağlı bütün rayon İcra hakimiyyətləri məlumatlandırılıb:
"Hazırda bütün təsərrüfat birlikləri və İcra Hakimiyyətləri iş başındadır. Rəhbərlik və bütün qurumlar bazar günü olmasına baxmayaraq, işləyir. İcra başçısı Eldar Əzizov vəziyyətin nəzarətdə saxlanması üçün lazımi tapşırıqları verib".