05
сентября
2016
12:19
Bakıda doğuş zamanı ölüm hadisəsi baş verib
Bakıda doğuş zamanı ölüm hadisəsi baş verib.
"Report”un xəbərinə görə, hadisə Qaradağ rayonunda yerləşən Ələt Dəmiryol Xəstəxanasında qeydə alınıb.
Belə ki, həmin xəstəxanada 21 yaşlı Xəyalə Quliyeva oğlan uşağı dünyaya gətirib. Lakin körpə doğuşdan sonra ölüb.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.