"Azəriqaz"dan sayğaclarla bağlı MÜHÜM AÇIQLAMA - VİDEO
Xeberler 418

"Azəriqaz"dan sayğaclarla bağlı MÜHÜM AÇIQLAMA - VİDEO


"Azəriqaz" bu gün sayğacların sərfiyyatı düzgün hesablamaması ilə bağlı iddialara yerində baxış keçirib. Prosesdə şikayət edən vətəndaşlar da iştirak ediblər.
Qaz sayğacının sərfiyyatı düzgün hesablamaması ilə bağlı 20-ə yaxın vətəndaşın şikayətinə onların özlərinin də iştirakı yerində baxılıb və sayğaclar yoxlanıb. Yoxlama prosesi "Azəriqaz" İstehsalat Birliyinin "Açıq qapı" aksiyası çərçivəsində media nümayəndələrinin də iştirakı ilə keçirilib.
Proses Azəriqaz İstehsalat Birliyi yanında İctimai Şuranın müraciəti əsasında ödənişsiz həyata keçirilir.
"Azəriqaz"ın departament rəhbəri Zehin Rəsulov bildirib ki, sayğacın sərfiyyatı düzgün hesablamaması şikayəti ilə ötən il 100-dən çox vətəndaş müraciət edib.
"Azəriqaz"ın şöbə rəisi Rövşən Məhyədinov isə bildirib ki, qaz sayğaclarının istismar müddəti 5 ili tamamlayıbsa, aparat mütləq şəkildə dövlət yoxlamasına təqdim olunmalıdır.
Qeyd edək ki, "Açıq qapı" aksiyası çərçivəsində qaz sayğaclarının yoxlanması bundan sonra da davam etdiriləcək.(xəzərxəbər)


Son xəbərlər