18
декабря
2019
13:58
Böyrək ağrısına dözməyən qadın intihar etdi - Azərbaycanda
Gəncə şəhərində qadın intihar edib.
ON3.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 17-si səhər saatlarında baş verib. Şəhər sakini, 1966-cı il təvəllüdlü Xumar İsmayılova böyrək ağrılarından əziyyət çəkdiyi üçün yaşadığı evin zirzəmisində özünü asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.