Четверг
июл 19

Ronaldudan kral bəxşişi: 20 min avro

Ronaldudan kral bəxşişi: 20 min avro


İtaliyanın “Yuventus” klubunun forvardı Kriştianu Ronaldu Yunanıstanın məşhur “Kosta Navarino” otelinin işçilərinə 17850 funt (19600 avro) çay pulu verib.

May.Az “The Sun”a istinadən xəbər verir ki, Ronaldu bu oteldə “Yuventus” rəsmiləri ilə kluba transferlə bağlı danışıqlar aparıb.

Ronaldonun belə əliaçıqlığı otelin servisindən çox razı qalması ilə əlaqəlidir.

“Yuventus” rəsmiləri otel rəhbərliyinə müraciət edərək pulu bütün əməkdaşlar arasında bərabər paylamağı xahiş edib.

Kriştianu Ronaldu iyulun 10-da “Real”ı tərk edərək “Yuventus”a transfer olunub. O, Turində ildə 30 milyon avro maaş alacaq. Jurnalistlərin hesablamalarına görə, portuqaliyalıya hər saniyə 1 avro ödəniləcək.

Комментарии (0)

Оставить комментарий