Среда
дек 18

Usta faciəvi şəkildə öldü - Bakıda

Usta faciəvi şəkildə öldü - Bakıda


Bakıda 28 yaşlı usta faciəvi şəkildə ölüb.

ON3.AZ “Report”a istinadən xəbər verir ki, hadisə dekabrın 17-də saat 10 radələrində paytaxtın Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsindəki evlərdən birində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Əli Abbasovu Müslüm Həsənova məxsus evin damında iş görərkən yuxarıdan keçən yüksək gərginlikli elektrik cərəyanı vurub.

Nəticədə o, damdan həyətin içinə, daş pilləkənin üzərinə çırpılaraq ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Комментарии (0)

Оставить комментарий