18
февраля
2023
17:58
Paşinyan müharibəyə hazırlaşır - Vardanyandan ETİRAF
Paşinyan hakimiyyəti növbəti hərbi əməliyyatlara hazırlaşır və bu əməliyyatlar Ermənistan ərazisində olacaq.
BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə "Hayastan" ümumerməni fondunun keçmiş direktoru Ara Vardanyan çıxış edib.
Onun fikrincə, hakimiyyət erməni ictimaiyyətini növbəti təslimiyyətə hazırlayır:
"Buna görə ordunun əvvəlki hakimiyyətin soyğunçuluğu nəticəsində zəiflədiyi haqda tezislər irəli sürürlər. Bu, yeni toqquşmada məğlubiyyəti sığortlamağa hesablanıb. Məncə, Paşinyan artıq müharibənin nəticəsini də müəyyən edib, bu dəfə Zəngəzur (Sünik), Vedi (Ararat) və Dərələyəzin (Vayots Dzor) bir hissəsini təslim edəcəklər".
Qeyd edək ki, söhbət SSRİ dövründə otlaq və əkin adı ilə Ermənistana verilən ərazilərimizdən, o cümlədən, Qazaxın 7 və Naxçıvanın Kərki kəndindən gedir.
A.Vardanyan iddia edir ki, müharibə Paşinyana bu addımları legitimləşdirmək üçün lazımdır.