11
июня
2016
17:46
Abşeronda oğlan anasına görə qohumunu bıçaqlayıb – VİDEO
“Ailəm mənsiz də dolana biləcək, peşmançılığım yoxdur”.
Qohumunu bıçaqlayan şəxsin qolu qandallanıb.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, qanlı hadisə Abşeron rayonu ərazisində baş verib. 21 yaşı Qobu qəsəbə sakini Elnur Şıxməmmədov anasının haqqında xoşagəlməz söz deyən qohumunu bıçaqlayıb.
O, Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Elnurla söhbət zamanı müəyyən edilib ki, onun cinayəti törətməsinə səbəb atasının xalasıoğlu olan Meydanın anası haqqında dediyi xoşagəlməz şayiələr olub.
Neft daşlarında işləyən Elnur şayiələr haqqında isə səhər saatlarında işdən evə gələndə anasından öyrənib. Daha sonra o, qohumu Meydana zəng edərək onu Qobuda yerləşən kərpic zavoduna çağırıb.
Ailəsini öz gücünə dolandıran Elnur aprel ayında evləndiyini deyir. Törətdiyi cinayətə görə peşmansanmı sualına isə Elnur özünəməxsus şəkildə cavab verib.
“Ailəm mənsiz də dolana biləcək, peşmançılığım yoxdur”.
Elnurun bu əməli qəsdən sağlamlığa ağır zərərvurma kimi qiymətləndirdiyindən onu 3 ildən 8 ilə kimi həbs cəzası gözləyir.