Kimlərə yayda isti çay içmək olmaz?
Muxtelif 415

Kimlərə yayda isti çay içmək olmaz?


Ənənəvi içkimiz olan çay çoxsaylı faydalı və müalicəvi xüsusiyyətlərlə zəngindir.
Lakin bir sıra xəstəliklər zamanı bu içkinin istehlakı ziyanlıdır.
MAY.AZ Saglamolun.az-a istinadən xəbər verir ki, qastrit, mədə və 12 barmaq bağırsağı xorası, reflüks kimi həzm sistemi xəstəlikləri zamanı, xüsusilə onların kəskinləşməsi dövründə çayın istehlakı ziyanlıdır. Çay mədənin turşuluğunu artırır ki, bu hal da xəstəliyin gedişatını ağırlaşdırır.
- Bəzi böyrək xəstəlikləri, böyrək daşı xəstəliyi zamanı çayın istehlakını azaltmaq lazımdır. Sidikqovucu təsirə malik olan çay böyrəklərə düşən gərginliyi artırır.
- Yaşlı insanlarda sümük xəstəlikləri (xüsusilə osteoporoz) zamanı çayın həddindən artıq istehlakı ziyanlıdır ki, çay sümüklərdən kalsiumun yuyulmasını sürətləndirir .
- Yuxusuzluq, aritmiyalar, hipertoniya zamanı da çayın istehlakı ziyan vura bilər ki, tərkibində kofein olan çay qıcıqlandırırcı təsir edir və həmçinin ürək döyünməsinin tezliyi və təzyiqi artırır.
- Qanazlığı zamanı çay içmək tövsiyə edilmir ki, çay yeməklərdən dəmirin və zülalların mənimsənilməsinin qarşısını alır.
- Hamiləlik zamanı da çayın istehlakını minimuma çatdırmaq lazımdır ki, çay ürək və böyrək üçün əlavə gərginlik yaradır. Hamiləlik zamanı isə bu orqanlar onsuz da əlavə gərginliklə çalışır. Yapon alimlərinin araşdırmaları göstərib ki, hamiləlik zamanı çoxlu çay içən (bu həm qara, həm də yaşıl çaya aiddir) qadınların uşaqlarının bədən çəkisi az olur.

Son xəbərlər