Bakıda hamilə qadını zorlayan şəxsin məhkəməsi oldu
Xeberler 1 215

Bakıda hamilə qadını zorlayan şəxsin məhkəməsi oldu

Bakıda hamilə qadını zorlayan şəxsin məhkəməsi oldu


Bakı Apellyasiya Məhkəməsində hamilə qadına əzab verməkdə, zorlamaqda, quldurluqda təqsirləndirilən Rüfət Hüseyn oğlu Mehdiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

May.Az report-a istinadən bildirir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçsi ilkin qərardan kassasiya şikayəti verib. Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, ötən il Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi nikahda yaşadığı R.Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin vaxt A.Mansurova hamilə olub.

Araşdırma zamanı məlum olub ki, cinayət əməli Cinayət Məcəlləsinin 130-cu (zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma) 133.2.2-ci (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.6 (əzab vermə, işgəncə verilməklə törədildikdə) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), 180-ci (quldurluq) maddələrinə tövsif edilmiş və R.Mehdiyevə həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində R.Mehdiyevin ehtiyatda olan baş leytenant olduğu açıqlanıb. O, vaxtilə barəsində Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi açıldığını və 1 il müddətinə şərti cəza aldığı deyib.

Bu il iyunun 16-da məhkəmənin hökmü ilə R.Mehdiyev 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhum apellyasiya şikyəti verib.

Son xəbərlər