28
октября
2019
16:11
Soyuq havalarda mühərriki qızdıran sürücülərə PİS XƏBƏR - Bunları ETMƏYİN - VİDEO
Əksər sürücülər avtomobili ilk işə salan zaman təxminən 15-20 dəqiqə mühərriki qızdırırlar.
MAY.AZ ATV-yə istinadla xəbər verir ki, ustalar tövsiyə edir ki, maşın işə salınandan sonra 1-2 dəqiqə sonra avtomobili hərəkət etdirmək lazımdır.
Əks halda bu, avtomobilin mühərrəkinə ziyan vura bilər. Benzin mühərriklərdə 1-2 dəqiqə, dizel mühərriklərdə isə 3-4 dəqiqə gözləmək bəs edir.
Çox işlədiyi zaman mühərrikin dövriyyəsi çox aşağı olduğundan qızma gec baş verir. Yağlanma da gec getdiyinə görə, bu avtomobilin mühərrikinə ziyandır.
Ustalar avtomobilləri payız-qış aylarına uyğun şəkildə nizamlamağı da tövsiyə edir.