16
августа
2016
11:59
Rioda SEKS QALMAQALI: "Sən get, yanıma oğlan gələcək"
Rio Olimpiadasında daha bir seks qalmaqalı yaşanıb.
May.Az apasport.az-a istinadən bildirir ki, budəfəki xoşagəlməz hadisə ev sahibi olan Braziliya yığmasının düşərgəsində baş verib.
Sinxron suyatullanmada çıxış edən İnqrid Oliveyra və Covanna Pedrosa qeyri-adi məsələ ilə bağlı düşmənə çevriliblər.
Belə ki, İnqrid otaq yoldaşı və cütlükdəki partnyoru Covannadan xahiş edib ki, gecəni otelin başqa nömrəsində qalsın. Oliveyranın məqsədi braziliyalı avarçəkən Pedro Qonsalveşlə sekslə məşğul olmaq imiş. Lakin Pedrosa rəfiqəsinin təklifindən imtina edib. Bundan sonra cütlük bir-birini söyməyə başlayıb.
Buna baxmayaraq, Oliveyra istədiyini həyata keçirib. Covanna isə Braziliya Milli Olimpiya Komitəsinə şikayət edib. Nəticədə İnqrid üzr istəməyə məcbur olub. Qonsalveş isə bu hadisə barədə danışmaqdan imtina edib.
Cütlük sinxron suyatullanmada sonuncu yeri tutub. İnqridlə Covanna bir daha birgə çıxış etməyəcəkləri barədə qərar qəbul ediblər.