Daha ölümcül koronavirus növü tapıldı: Növbəti pandemiya başlaya bilər
Xeberler 175

Daha ölümcül koronavirus növü tapıldı: Növbəti pandemiya başlaya bilər

Koronavirusun yeni növü aşkar edilib.
İnsanlara ötürülə bilən ölümcül heyvan mənşəli virus növbəti pandemiyaya səbəb ola bilər.
Bu barədə "ScienceAlert" jurnalındakı araşdırmada məlumat verilib.
Məlumata görə, Khosta-2 adlı yeni virus Rusiyanın Soçi Milli Parkında yaşayan nal burunlu yarasalarda aşkar edilib.
Bu yarasa növünün Avropa və Şimali Afrikada da mövcud olduğu bildirilib.
Araşdırmalar nəticəsində Khosta-2 virusunda bəzi narahatlıq doğuran cəhətlər aşkar edilib.
SARS-CoV-2 kimi, Khosta-2 də tənəffüs yolları virusu olmaqla yoluxma şəkli eynidir. Bu virus tənəffüs yollarından keçərək insan hüceyrələrini yoluxdura bilən zülallarla örtülüb.
COVID-19 peyvəndi bu virusa təsir göstərə bilmir.
Başqa sözlə, bu yeni virusun mövcud dərmanlarla müalicəsi mümkün deyil.
Tədqiqat müəllifləri bildiriblər ki, buna görə də təcili olaraq yeni və daha təsirli sarbekovirus peyvəndləri hazırlanmalıdır./Oxu.az

Oxşar xəbərlər

Son xəbərlər