Evlənməyə hazırlaşan qızın faciəli ölümü
Hadisə 574

Evlənməyə hazırlaşan qızın faciəli ölümü

Evlənməyə hazırlaşan qızın faciəli ölümü


İngiltərədə yaşayan 29 yaşlı talehsiz qadın macəranın qurbanı olub.

MAY.AZ ölkə.az-a istinadən bildirir ki, Hanna Lov adlı ingilis qadın professional alpinist, həm də mühasib idi. Hanna və sevgilisi Adam Stanavay gəzinti üçün tez-tez dağa qalxırdılar. Gənc qadın bu yaşına kimi ailəsi və sevgilisi ilə birlikdə Birləşmiş Krallığın ən yüksək zirvələrini fəth edib.

Sonuncu dəfə dağa qalxarkən Hannanın sevgilisi və ailəsi də onlarla birlikdə olub. Gəzinti zamanı tək qalmaq istəyən sevgililər dağın zirvəzinə qalxıblar.

Səhəri gün sevgilisinin doğum günü idi. Cütlük həmin gündə evlənmək qərarı alıb. Lakin bu xəyal çox çəkməyib. Belə ki, bir anlıq diqqətsizlikdən Hanna dağdan yıxılaraq 20 metr aşağıdakı şəlaləyə çırpılıb.

Hannanın sevgilisi hadisəni belə xatırlayır:
''Ayağa qalxıb aşağı enmək üçün hazırlaşırdıq. Birdən Hanna müvazinətini itirdi və dağdan aşağı düşdü. Bel çantasından yapışıb onu özümə çəkmək istəsəm də alınmadı. Hannanın ailəsi ilə birlikdə kömək çağırdıq. Çünki dağ çox dik idi və onun yanına getmək bizim üçün çətin idi. Həkimlər müayinədən sonra onun öldüyünü dedilər''.

Son xəbərlər