28
октября
2019
16:26
Meyxanaçı Vüqara 125 minlik dələduzluq
Meyxanaçı Vüqar Əbdülova qarşı dələduzluq olub.
Axşam.az xəbər verir ki, sənətçinin bir neçə müddət öncə 125 min manata aldığı iaşə obyekti başqa üç nəfərə də satılıb.
Bu barədə “Ən yaxşısı” verilişində deyilib. Aktyor Elcan Rəsulov deyib ki, Vüqar satın aldığı məkana gələn zaman orada böyük marketlər şəbəkəsindən birinin mağazasının olduğunu görüb:
“Oranı işlədənlərə yaxınlaşıb. Söyləyiblər ki, obyekt kirayə götürülüb, sahibi başqa adamdır. Beləliklə, məlum olub ki, Vüqar həmin məkanı alan üçüncü adamdır”.