Kirayə qaldığı evdə dəm qazından boğulub öldü
Hadisə 875

Kirayə qaldığı evdə dəm qazından boğulub öldü

Kirayə qaldığı evdə dəm qazından boğulub öldü


Bakıda 45 yaşlı kişi hamamda çimərkən dəm qazından boğulub.

BiG.AZ Baku.ws-ə istinadən xəbər verir ki, hadisə bu gecə 01:30-da Binəqədi rayonunda qeydə alınıb.

1974-cü il təvəllüdlü Elçin Məcnun oğlu Sadıqov kirayə yaşadığı Y.Hüseynov küçəsi ev 9 ünvanının hamam otağında dəm qazından zəhərlənib və ölüb.

Daxil olan məlumata əsasında hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.

Son xəbərlər