27
сентября
2019
11:54
Zəlzələ anında canını heçə sayan işçiyə müdir belə jest etdi - VİDEO
İstanbulda baş verən 5,8 bal gücündə zəlzələ Bahçelievler bölgəsində bir tekstil fabrikində də hiss edilib.
BiG.AZ Baku.ws-ə istinadən xəbər verir ki, zəlzələ zamanı fabrikdəki bütün işçilər qaçıb, ancaq Nurettin Ünal iş yerini tərk etməyib.
Görüntülər təhlükəsizlik kamerasında da əks olunub. Ünal zəlzələ zamanı silkələnən qurğunu tutaraq işinə davam edib.
Fabrikin rəhbəri Ali Bakay bu hərəkətinə görə, öz işçisinə əlavə maaş yazıb:
"Əslində bunun düzgün davranış olmadığını bilirik. Buna baxmayaraq onun bu addımını qiymətləndirməyə bilməzdik".