Makronla Durov arasında baş tutan məxfi görüşün bəzi detalları məlum olub
Dünya 5

Makronla Durov arasında baş tutan məxfi görüşün bəzi detalları məlum olub

Fransa Prezidenti Emmanuel Makron hələ 2018-ci ildə "Telegram"ın qurucusu Pavel Durova şirkətin əsas ofisini Parisə köçürməyi təklif edibmiş.

Oxu.Az xəbər verir ki, məlumatı "The Wall Street Journal" dərc edib.

İddia olunur ki, iş adamı ilə siyasətçi arasında baş tutan işgüzar nahar barədə daha əvvəl ictimaiyyətə heç bir məlumat verilməyib.

Nəşrin xəbərinə görə, P.Durov öz şirkətinin baş ofisini Fransaya köçürməkdən imtina edib, lakin görüş zamanı o, Fransa vətəndaşlığı almaq haqqında məsələni qaldırıb.



Son xəbərlər