22
июля
2019
12:46
Azərbaycan vətəndaşı Rusiyada həbs olundu - 150 minlik cərimə
`
Rusiyanın Surqut şəhərində məhkəmə Azərbaycan vətəndaşı barəsində 1 il 6 ay müddətinə həbs qərarı çıxarıb.
O, markalanmayan alkoqol məhsullarının qanunsuz satışında təqsirli bilinib.
Məhkəmə, həmçinin, azərbaycanlını 150 min rubl (təxminən 4000 AZN - red.) məbləğində cərimələyib. O, ümumi rejimli cəzaçəkmə müəssisəsinə yerləşdiriləcək.
Məhkəmə müəyyən edib ki, Azərbaycan vətəndaşı 2018-ci ilin payızında markalanmayan spirt tərkibli alkoqol məhsullarını qanunsuz yolla əldə edib. Müqəssir gəlir əldə etmək məqsədilə onları Surqut vətəndaşlarına ucuz qiymətə satmağa başlayıb.
Xatırladaq ki, polis əməkdaşları daha əvvəl ondan 5,5 milyon rubldan artıq dəyərdə olan 43 min ədəd markalanmayan spirtli içki butulkası götürüblər.