21
июля
2019
21:03
Başqasını xilas etmək istəyirdi, özü boğuldu - Bir gəncin faciəsi
Qızıl Qum çimərliyində bir nəfər dənizdə boğulub.
Hadisə Qızıl Qum Sularda Xilasetmə Məntəqəsindən 700 metr kənarda qeyri-çimərlik ərazisində baş verib.
Ərazidə yerləşən obyektlərin birində ofisiant işləyən Tovuz sakini gənc oğlan dənizdə 5-6 nəfər boğulduğunu görüb və onları xilas etmək üçün dənizə daxil olub.
Xilasedicilər əraziyə gələn zaman həmin şəxslər xilas olunub, lakin gənc oğlan batıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu ərazidə axtarışlara cəlb olunub.(oxu)