Bu hallar baş verən kimi orucu pozun, şoka girə bilərsiniz – XƏBƏRDARLIQ
İslam 877

Bu hallar baş verən kimi orucu pozun, şoka girə bilərsiniz – XƏBƏRDARLIQ

Bu hallar baş verən kimi orucu pozun, şoka girə bilərsiniz – XƏBƏRDARLIQ


Bu il Ramazan ayı orucu isti və uzun günlərə təsadüf etdiyindən, bir çox insanlar üçün ac və susuz qalmaq orqanizmdə ilk əvvəldə olmasa da, azı 7 gün sonra ciddi reaksiyalar və dəyişikliklərə səbəb ola bilər.

Çox zaman orucun nə zaman pozula biləcəyi barədə dini və şəriət fikirləri əsas götürülsə də, elə məqamlar var ki, insan səhhətini geridönməz vəziyyətlərə çatdırmadan dərhal orucu dayandırmalı, su və qida qəbul olunmalıdır.

BiG.AZ medicina.az-a istinadən orqanizmin artıq tab gətirməməsi və hansısa problemə işarət olan əlamətlərini təqdim edir:

1.Bədənin susuzlaşması – hüceyrələr, beyin, gözlər, ürək, qan su və onun tərkibində olan oksigenlə qidalanır. 10 saatdan artıq su içməmək bir çox insanlarda ciddi susuzlaşma yaradır. Bu əlamətlər baş verərsə, dərhal orucu dayandırıb, su için. Əks təqdirdə təcili yardım gəlməli olacaq və sizi xilas etmək üçün ciddi tədbirlər görülməlidir.

Susuzlaşmanın siqnalları:

-Güclü tərləmə
-Kürəkdə qarışqa gəzirmiş kimi hiss
-Ürəkdöyünmə
-Gözlərin dumanlanması
-Əl-ayağın birdən süstləşməsi
-Huşun itəcəyi kimi əlamət
-Dilin ağızda quruması
-Getdiyiniz yerdə ayağın büdrəməsi

-Ölüm qorxusu
-Gözlərin bərəlməsi

Bu halda həmin şəxsə dərhal maye içirtməli, sərin yerdə uzatmalı, təcili yardım çağırıb sistemlər qoşulmalıdır.
Yox əgər fikir verməyib, oruca davam etsəniz, şoka girə bilərsiniz.

2. Hipoqlikemik şok – qanda qlükozanın tamam düşməsi, yəni şəkər kritik həddə enir. Bu hal həm xəstələrdə, diabetlərdə, həm də normal sağlam insanlarda baş verə bilən haldır. Uzun müddət qida qəbul, xüsusən şirin qida qəbul etməyən orqanizmdə şəkərin səviyyəsi 2,6 mmola kimi endikdə, insan komaya düşə bilər.

Əlamətləri:

-İnsan durduğu yerdə təşvişə düşür, narahat olur, nə baş verdiyini anlamır
-Dərisi, əlləri, üzü tərləyir
-Görmədə ikiləşmə yaranır
-Əzələləri sanki qıc olur, əl-ayağı sözünə baxmır, ət kimi olur
-Qəfildən yıxılır, huşu itir

Çox zaman ətrafdakılara elə gəlir ki, insan xəstədir, ürəyi getdi, ya epilepsiya tutmasıdır. Təxirəsalınmaz yardım gecikərsə beyin oksigen, qlükoza aclığı keçirib, zədələnə bilər. Ona görə dərhal həmin insana su, şirin su verib ayıltmaq, qida, şirin konfet, qənd vermək lazımdır.

Bu hal oruc olduğu halda işdə olan, aktiv hərəkət edən, uzun yol gedən insanlarda rast gəlinir. Bu halın baş verəcəyini nəzərə alıb, ətrafdakılara oruc olduğunu bildirməli, özün də xəbərdar etməlisən ki, qəfil nəsə baş versə, aclıqdan olduğunu anlasınlar. Amma ayıq olub, dediyimiz əlamətlərin elə birincisi baş versə, dilinin altına qənd qoyub, su içsən, vəziyyətdən çıxa bilərsən.

3.Mədədə dəhşətli ağrılar, ishal, diareya, ciddi qəbizlik, ürək döyüntülərinin artması, miqren tutmaları, nəbzin dəyişməsi, ciddi tərləmə, gözlərdə zəiflik hiss edən kimi, orucu dayandırın.

Son xəbərlər