"Bentley" elektrikli krossover buraxacaq
Avtomobil 0

"Bentley" elektrikli krossover buraxacaq

Lüks avtomobil istehsalçısı olan Britaniyanın "Bentley" şirkəti 2035-ci ilədək tam elektrik enerjisinə keçidi nəzərdə tutan yeni "Beyond100+" inkişaf strategiyasını açıqlayıb. Bu addım şirkətin əvvəlki planlarında əhəmiyyətli dəyişiklik deməkdir, belə ki, əvvəllər 2030-cu ilə qədər tam "yaşıl" olmağı planlaşdırırdı.

Oxu.Az bu barədə motor.ru-ya istinadən məlumat verir.

Elektrifikasiyaya doğru ilk addım 2026-cı ildə tam elektrikli lüks şəhər krossoverinin buraxılışı olacaq. Bu avtomobil "Bentley"nin hər il yeni hibrid və ya tam elektrikli modellərlə genişlənəcək yeni elektromobil xəttinin başlanğıcını qoyacaq.

Tam elektrik enerjisinə keçidin 2035-ci ilə qədər təxirə salınması qərarı 2023-cü ilin sonu və 2024-cü ilin əvvəlində elektromobillərə marağın azalması ilə bağlıdır. "Aston Martin", "Ford" və "Volvo" kimi bir çox avtomobil istehsalçıları da tam elektrifikasiyadan əvvəl aralıq mərhələ kimi hibrid modellərə diqqət yetirməyi qərara alıblar.



Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив