06
сентября
2019
16:17
"Tokay məni öldürmək istəyirdi" - Ömər Eldarov
Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov mərhum rəssam Tokay Məmmədovla münasibətləri barədə danışıb.
BiG.AZ xəbər verir ki, o, bu barədə APA-ya müsahibəsi zamanı sualları cavablandırıb:
- Tokay Məmmədovla aranızda nə olmuşdu? Bəlkə buna bir aydınlıq gətirəsiniz? O da müsahibələrində sizinlə dostluğu pozduğunu deyib, Sizi günahlandırıb. Füzulinin heykəlini bir yerdə işləmişdiniz. Sonra nə oldu?
- Biz niyə bir yerdə işləmişdik? Mən o vaxt Natəvanın heykəlini, o da Üzeyir Hacıbəyovun heykəlini düzəltdi. Sonra o mənə təklif etdi ki, Füzulinin heykəlini bir yerdə işləyək.
- Sonra nə oldu?
- Deyirlər, ölənin dalınca danışmazlar... Bax, onun işləri var. Onun imzası, plastikası Üzeyir Hacıbəyov, Əzizbəyov, XI Qızıl Ordu abidələrindədir. Mənim də Natəvan, Hüseyn Cavid işlərimə baxın, sonra da Füzuli heykəlinə və müqayisə edin.
- Füzulidə daha çox kimin üslubu var?
- Tokay deyirdi onun, mən deyirəm mənim. Tokay yalan deyirdi, Füzulinin heykəlinə barmağını da vurmayıb. Hər şeyi mən eləmişəm. Onun elədiyi yeganə şey bilirsiniz nə idi? Tokayın taxtadan düzəldilmə Nizami heykəli vardı. Yaxşı işdir. Orda Nizaminin əli saqqalındadır. Mən ona dedim ki, Tokay, gəl bu süjeti Nizamidə yox, Füzulinin heykəlində verək. O da razılaşdı, Füzulini əli çənəsində verdik. Buna görə də hər yerdə deyirdi ki, Füzuli heykəlinin müəllifi mənəm. Halbuki o fikri də Tokaya mən vermişdim.
- Tokayın Koroğlu əsəri necədir?
Çiyinlərini çəkib astadan deyir:
- Nə bilim... Bilirsiniz, bu həyatdır. Mən Azərbaycanda Tokayla bir yerdə oxumuşam. Sonra ikimiz də Repin adına Rəssamlıq Akademiyasına qəbul olub, Leninqrada yollanmışıq. Biz altı il orda oxumuşuq, bir emalatxanada çalışmışıq.
- Yaxın dost olmusunuz...
- Yaxın dost olmamışıq, amma yaxın adam olmuşuq. Ailəvi gediş-gəlişimiz vardı, ad günlərini, yeni ili hər dəfə bir yerdə qeyd edirdik. Ona görə mən Tokaydan qırıla bilmədim, halbuki çoxdan əlaqələri kəsmək lazım idi.
- Və Füzulidən sonra münasibətləriniz soyudu.
- Bunu da özü elədi. Məni SSRİ Rəssamlar Akademiyasına qəbul etmişdilər, onu yox. Mənim Natəvan heykəlimə baxıb dedilər, vəssalam, bu adam SSRİ Rəssamlar Akademiyasına qəbul ola bilər. Üzeyirin heykəlinə də baxdılar, gördülər fərq var. Tokayı yox, məni seçdilər. Bundan sonra Tokay mənimlə düşmən oldu. Amma mən çox çalışdım ki, onu da qəbul etsinlər. Məni orda çox yüksək qiymətləndirirdilər. Buna görə də bir müddət sonra Akademiyanın həqiqi üzvü elan etdilər. Mən öz nüfuzumdan istifadə edib Akademiyanın prezidenti Nikolay Vasilyeviç Tomskidən xahiş etdim ki, biz Tokayla dost olmuşuq, Siz məni qəbul etmisiniz, onu yox. O da dedi ki, sənə söz verirəm, gələn il onu da Akademiyaya qəbul edəcəyik. Beləcə, mənim sayəmdə Tokay Məmmədov SSRİ Rəssamlar Akademiyasına üzv seçildi. Mən ona yaxşılıq edirəm, o isə düşmən deyir. Özü də nə düşmən! Məni öldürmək istəyirdi!
- Başqa düşmənləriniz də olub?
- Əsas o olub. Qalanı müvəqqəti şeylərdir.
- Tokayın Koroğlu heykəli qoyulanda sizin Koroğlu hələ hazır deyildi?
- Mən ondan sonra düzəltmişəm.
- Mənə elə gəlir ki, Siz də eyni işi işləməklə demək istəyirsiniz ki, baxın, bu Tokayın Koroğlusu, bu da mənim.
- Elədir, o da var. Gərək hər bir əsərdə balaca da olsa, kəşf olsun. Mən bu heykəli niyə işlədim? Çünki mənim ağlıma gəldi ki, göydə qartallar uçur, Koroğlu isə qartallardan da yüksəkdədir. Bu mənim “zasepka”m idi. Bəs Tokayın Koroğlusunda nə var?
- Tokayın heykəlinin açılışında iştirak etmişdiniz?
- Əvvəl demişdilər səhər olacaq, getdim. Sonra açılışın vaxtını dəyişib saat üçə saldılar. Ona görə getmədim.