14
апреля
2019
13:31
Azərbaycanda ata oğluna bel ilə xəsarət yetirdi - Vəziyyəti ağırdır
Bu gün axşam saatlarında Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində ata oğluna xəsarət yetirib.
BiG.AZ report-a istinadən xəbər verir ki, kənd sakini Sakit Kazımov mübahisə zəminində bel ilə 1991-ci il təvəllüdlü oğlu Zahid Kazımovun baş nahiyəsinə zərbə endirib. Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.