Yüksək temperatur 2-3 gün davam edəcək
Xeberler / Hava 959

Yüksək temperatur 2-3 gün davam edəcək

Yüksək temperatur 2-3 gün davam edəcək


Hazırda Azərbaycan ərazisində müşahidə edilən hava temperaturu iqlim normasından bir qədər yüksəkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, dünən Bakı və Abşeron yarımadasında iqlim normasından yüksək temperatur qeydə alınıb. Belə ki, iyulun 17-də paytaxtda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub.

Ötən günlərdə müşahidə edilən iqlim normasından yüksək temperatur yaxın 2-3 gün ərzində də davam edəcək.

Qeyd olunub ki, temperatur iqlim normasından yüksək olsa da, hələlik anomal istilər müşahidə olunmayıb: "Əvvəlki illər iyun ayında bundan da isti temperatur qeydə alınıb. İyul ayında ən yüksək temperatur 2010-2011-cı ildə 40 dərəcə olub".

Oxşar xəbərlər

Son xəbərlər