Yeni "iPhone 16" rekord sürətlə ucuzlaşır – SƏBƏB
Dünya 1

Yeni "iPhone 16" rekord sürətlə ucuzlaşır – SƏBƏB

Analitiklərin hesablamalarına görə, ən son "iPhone" modelləri Android-in qabaqcıl rəqiblərindən daha sürətlə ucuzlaşır.

BiG.AZ lent.az-a istinadən bildirir ki, alınandan iki həftə sonra "yeni kimi" vəziyyətdə olan "iPhone 16" seriyalı smartfonlar ABŞ-ın təkrar bazarında orijinal qiymətindən orta hesabla 41,2% ucuz satıla bilər.

Məlumata görə, bu, "iPhone" üçün rekord qıran amortizasiyadır.

Bildirilir ki, "iPhone 16" satışlarının ilk iki həftəsində "iPhone 15"dən 8% daha tez dəyərsizləşir. Üstəlik, bu tendensiya yalnız standart modellərdə deyil, bütün xətt boyunca müşahidə olunur.


Eyni zamanda, "Samsung" cihazları əks mənzərəni göstərir. İl ərzində "Galaxy S23" öz qiymətinin 61%-ni itirib ki, bu da eyni dövr ərzində 66% dəyər itirən "Galaxy S22"də irəliləyişdir. İlk altı aylıq məlumatlara əsaslanan yeni "Galaxy S24", dəyərin daha da yavaş azaldığını göstərir.

Anilitiklər qeyd edir ki, "iPhone"lar uzun müddətdir ki, mobil qurğular arasında ən yaxşı investisiya hesab edilir. Çünki onlar müəyyən müddətdən sonra sərfəli şəkildə satıla bilər. Bununla belə, "iPhone 12"dən başlayaraq hər yeni nəsil əvvəlkindən daha tez dəyərini itirdi. Bu, yeni smartfon seçərkən istehlakçıların qərarlarına əhəmiyyətli dərəcədə təsir edə bilər.

Başqa bir araşdırma isə "iPhone 16"nın "Apple"ın son beş ildə ən az populyar telefon olduğunu göstərib. Bununla əlaqədar olaraq şirkət itkilərə yol verməmək üçün yeni "iPhone"lar üçün sifarişlərin həcmini azaltmalı olub.

"iPhone 16" sentyabrın 20-də satışa çıxarılıb. Qərb mediası öz rəylərində qeyd edir ki, bu, son bir neçə ildə əsas "iPhone"un ən yaxşı yeniləmələrindən biridir, lakin proqram təminatı darıxdırıcı adlanır, baxmayaraq ki, bu, hələ də ümumilikdə ən yaxşı seçimdir.



Oxşar xəbərlər

Son xəbərlər