Пятница
окт 23

iPhone 6s və iPhone 6s Plus-ın kamera özəllikləri

Apple şirkəti San Fransiskoda təşkil etdiyi geniş  geniş təqdimatda  iPhone 6S və iPhone 6S Plus modellerini təqdim edib.
Xeberler.az-ın məlumatına görə, bu iPhone modellərinə yeni özəlliklər əlavə olunub. Yeni özəlliklər daha çox kamera ilə bağlıdır.
iPhone 6s və iPhone 6s Plus digər iPhone versiyalarından fərqli olaraq 12 meqapiksel arxa, 5 meqapiksel ön kameraya sahibdir. Bununla siz daha keyfiyyətli şəkillər çəkə biləcəksiniz.
Yeni smartfonların kamerasına daha bir özəllik əlavə olunub. “Live” adlanan bölmə ilə çəkdiyiniz şəkilləri canlandıra biləcəksiniz.
Yeni iPhone 6s və iPhone 6s Plus telefonları ilə siz Full HD və 4K videolar çəkmək mümkündür.
Həmçinin, iPhone 6s və iPhone 6s Plus-da olan 3D Touch xüsusiyyəti ilə kameraya daxil olmadan “selfie çək”,”video çək” əmrləri vastəsilə daha tez şəkil,video çəkə biləcəksiniz.

Комментарии (0)

Оставить комментарий