"iPhone"nun təmir qiyməti BAHALAŞDI
Texnologiya 216

"iPhone"nun təmir qiyməti BAHALAŞDI

"Apple" şirkəti rəsmi servis mərkəzlərində "iPhone" batareyasının dəyişdirilmə qiymətini qaldırıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.
Məlumatda bildirilib ki, "iPhone" akkumulyatorunun dəyişdirilməsi əvvəlkindən 20 dollar baha başa gələcək. Nümayəndələr söhbətin zəmanətsiz xidmət aparatlarından getdiyini vurğulayıb.
Saytdakı məlumatlara əsasən, Apple "iPhone 14" seriyalı qurğular istisna olmaqla, bütün modellərin təmir qiymətlərini qaldırıb. "İPhone 13", "İPhone 12", "İPhone 11" və "İPhone X" üçün batareyanın dəyişdirilməsi 69 dollar, "İPhone SE", "İPhone 8" və daha əvvəlki modellər isə təxminən 49 dollara başa gələcək.
Yeni qiymət siyasəti 2023-cü il martın 1-dən qüvvəyə minəcək. Eyni zamanda, iPhone batareyasının xidmət haqqı regiona görə dəyişə bilər.

Son xəbərlər