14
октября
2024
13:18
Asan və şəkərsiz şokoladlı donuts resepti
Uşaqların ən çox sevdiyi şirniyyatlardan biri də məhz donutslardır. Çox vaxt alınsa da, əslində onları evdə hazırlamaq çox asandır. Həm də daha sağlıqlıdır.
Milli.Az lent.az-a istinadən dadlı donuts reseptini təqdim edir:
Lazım olan ərzaqlar:
Banan - 2 ədəd;
Yumurta - 2 ədəd;
Kakao - 1 yemək qaşığı;
Qabartma tozu - 1/2 çay qaşığı;
Yulaf əzməsi - 80 qram.
Hazırlanması:
Əvvəlcə yumurta və bananı doğrayın və blenderlə qarışdırın. Ardınca digər maddələri əlavə edin və proseduru təkrarlayın.
Xəmiri qəlibə yerləşdirin və 180 dərəcədə 35-40 dəqiqə sobaya qoyun. Zövqə uyğun olaraq hazır donutların üzərinə şokolad və ya qatılaşdırılmış süd əlavə edin.
Nuş olsun!