15
октября
2024
07:43
"Taliban"a qarşı döyüşən əfqanlara Britaniyada yaşamaq hüququ veriləcək
İngiltərəli hərbçilərlə birgə "Taliban"a qarşı döyüşən 500-ə yaxın elit əfqan əsgərin Böyük Britaniyaya köçməyinə icazə veriləcək.
Oxu.Az bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verib.
Məlumatda bildirilir ki, söhbət "riskli qrup" adlandırılan heyətdən gedir. Bu hərbçilərin bəziləri 2021-ci ilin yayında Qərb qoşunlarının çıxarılmasından sonra Əfqanıstana nəzarəti ələ keçirən "Taliban"dan gizləniblər, daha bir neçə yüz nəfər Pakistana qaçıb, amma orada deportasiya ilə üzləşib. Artıq altı nəfərin britaniyalılarla əməkdaşlığa görə zərərsizləşdirildiyi barədə də məlumatlar var.