Azərbaycan Premyer Liqasının dəyərində artım olub
İdman 0

Azərbaycan Premyer Liqasının dəyərində artım olub

Azərbaycan Premyer Liqasının (APL) dəyərində ötən mövsümlərə nisbətdə artım müşahidə olunub.

Oxu.Az xəbər verir ki, APL-in ən dəyərli komandası "Qarabağ" olub. "Köhlən atlar"ın ümumi qiyməti 20.23 milyon avrodur. "Neftçi" 12.88 milyon avro ilə ikinci, "Sabah" isə 11.75 milyon avro ilə üçüncü sırada qərarlaşıb.

Çempionatın dəyərinə görə ən aşağı komandası isə "Şamaxı"dır. Bu mövsümdən elitaya yenidən qayıdan "şirlər"in qiyməti 3.03 milyon avrodur.

Premyer Liqanın ən bahalı futbolçusu isə Juninyodur. "Qarabağ"da çıxış edən braziliyalı hücumçunun qiyməti 2 milyon avrodur.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının dəyəri 89.65 milyon avro olaraq göstərilib. Liqanın dəyəri ötən mövsümə nisbətən 9.60 milyon avro artıb.



Son xəbərlər