22
апреля
2020
12:03
Rusiyada koronavirusa yoluxanların sayı 58 minə çatıb
Rusiyada son bir gündə 5 236 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Məlumata görə, bununla da Rusiyada yoluxanların sayı 57 999 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 57 artaraq 513-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 420 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 2 548.
Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 559 000-i ötüb. Bunların 696 104 nəfəri sağalıb, 177 704 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.