ABŞ-lilərin almaq istəmədiyi 10 avtomobil
Avtomobil 2

ABŞ-lilərin almaq istəmədiyi 10 avtomobil

Siyahıda ABŞ-də ən az satılan avtomobillər yer alıb.

Oxu.Az xəbər verir ki, amerikalılar arasında tələbat olmayan modellərin reytinqini "Motor1" nəşri dərc edib.

"Ford F-150", "Toyota Camry" və "Chevrolet Silverado" minlərlə adam tərəfindən alınarkən, bu avtomobillər salonlarda qalır. Bunlara 2024-cü ilin üçüncü rübündə satışları 500 ədəddən aşağı düşmüş "Fiat 500", rəqiblərindən daha baha satılan "Genesis G90" və tezliklə istehsalının dayandırılacağı deyilən "Lexus LC" daxildir.

"Hyundai Nexo" ən az satışa malikdir: iyuldan sentyabr ayına qədər amerikalılar bu krossoverlərdən cəmi 89 ədəd alıblar. Bununla belə, qeyd etmək lazımdır ki, bu, hidrogen modelidir və yalnız bir ştatda - Kaliforniyada satılır. "Nexo" da heç də ucuz deyil: onun qiyməti 60 min dollardan (təxminən 102 min manat - red.) başlayır.

Digər hidrogen avtomobili "Toyota Mirai"nın nəticələri isə daha yaxşıdır. O, üçüncü rübü 346 ədəd satışla tamamlayıb. Sonra kiçik fərqlə "Fiat 500" (439 ədəd) gəlir, bir pillə yuxarıda isə "Genesis G90" yerləşir, onun satışları aşağı olsa da, hələ də 1 000 ədədi keçib: model 1 017 ədəd satılıb.

"G90"ın rəqibləri olan "Audi A7" (1 040 ədəd) və "A8" (1 232 ədəd) isə onlardan bir qədər yaxşı satılır. "Lexus LC"nin satışı 1 294 ədəd təşkil edib, bu yapon markasının digər modeli olan "RC"yə də tələbat zəifdir (1 370 ədəd). Ən çox satılan BMW modelləri "XM" superkrossoveri (1 385 ədəd) və "Z4"dür (1 471 ədəd). Həmçinin, amerikalılar beşqapılı "MINI Cooper"i (1 549 ədəd) də bəyənmirlər.

1 500 ədəd satış həddini "Audi Q8 Sportback e-Tron" (1 594 ədəd), "Lexus LS" (1 706 ədəd), "Alfa Romeo Giulia" (1 724 ədəd) və "Subaru BRZ" (2 323 ədəd) keçə bilib.



Son xəbərlər