Borşu necə dadlı etmək olar? – Ləzzətli şorba üçün bunları edin
Kulinariya 0

Borşu necə dadlı etmək olar? – Ləzzətli şorba üçün bunları edin

Hər bir aşpaz borşu daha keyfiyyətli etmək üçün öz variantı var. Çünki hər kəs daha dadlı şorba hazırlamaq istəyir. Buna görə də bu incəlikləri mənimsəməyə dəyər.

Milli.Az lent.az-a istinadən borşu daha dadlı etmək üçün lazım olan incəlikləri təqdim edir: 

Sümük

Bəzi insanlar "təmiz" ətdən istifadə edərək borş üçün bulyon hazırlamağı sevirlər. Ancaq sümüklərdən istifadə etmək daha sərfəli seçimdir. Belə hazırlanan şorba zəngin və ətirli olur.

Zəncəfil

Dadlı borş bir az ədviyyatlı olmalıdır. Bunun üçün ən yaxşı seçim zəncəfildir. O şorbanın dadını daha dərin və zəngin edir. Əzilmiş zəncəfil və qırmızı bibərdən istifadə etmək məsləhətdir.

Pomidor    

Çox insan borşu tomat pastası ilə bişirir. Ancaq təzə pomidor daha yaxşı alternativdir. Pomidorları sadəcə soymaq və qızartmaya əlavə etmək kifayətdir.

Sonda borş daha dadlı çıxacaq.



Son xəbərlər