Ən faydalı içkilər bunlardır
Sağlam ol 913

Ən faydalı içkilər bunlardır

Ən faydalı içkilər bunlardır


Ən faydalı içkilər bunlardır

Məlum olduğu kimi insan orqanizminin 70 faizi mayedən ibarətdir. Bu səbəbdən də faydalı və təbii içkilər qəbul etmək çox faydalıdır.

BiG.AZ ən faydalı içkilərin siyahısını təqdim edir.

1.Su
Təmiz su içmək toksinləri bədəndən xaric etmək, mədə-bağırsaq sisteminin normal işləməsi üçün, ürək və damarlar üçün çox faydalıdır.

2.Nar şirəsi (təbii)
Nar şirəsi A, C və E vitaminləri ilə çox zəngindir. Bundan başqa nar şirəsinin tərkibində sink, selen, fosfor, kalsium və dəmir var. Hipertoniya və animiyadan əziyyət çəkənlərə faydalıdır. Ürək-damar sistemini gücləndirir. Amma unutmaq lazım deyil ki, nar şirəsini həddən artıq içmək olmaz.

3.Nanəli çay
Nanə həzmi yaxşılaşdırır, təzyiqi aşağı salır, mədə şirəsi ifrazını stimullaşdırır, əsəbləri sakitləşdirir, yuxusuzluğa müsbət təsir edir.

4.Alma şirəsi
Alma şirəsi böyrək, sidik kisəsi, qara ciyər və damarlar üçün faydalıdır. Alma şirəsi bağırsaqların fəaliyyətinə müsbət təsir edir, toksinləri xaric edir.

5.Çobanyastığı çayı
Antibakterial effektə malikdir, əsəbləri sakitləşdirir. Bu çay bağırsağın normal mikroflorasını bərpa edir, ağrıkəsici effektə sahibdir.

6.Kakao
Kakao qan təzyiqini normallaşdırır, ürək-damar sistemi xəstəliklərinin yaranma riskini azaldır. Təbii antidepressant və stimulyatordur. Tərkibi mikro elementlər və vitaminlərlə zəngindir.

7.Qırmızı çaxır
Bu içki ürək və damarlar üçün çox faydalıdır, əla antioksidantdır. Qırmızı çaxır xərçəng hüceyrələrinə qarşı mübarizə aparır. Amma həddən artıq içmək olmaz. Gün ərzində 150 qram normaldır.

8.Pivə
Pivə çox faydalı bitkidir. Amma onu gün ərzində yarım litrdən çox qəbul etmək olmaz. Bu əla sidikqovucu içki orqanizmdə maddələr mübadiləsinə müsbət təsir edir.

Son xəbərlər