Nar şirəsini belə için. QAYDALAR
Maraqlı ve Meslehetli 164

Nar şirəsini belə için. QAYDALAR

Nar və nar şirəsi bir çox faydalı xüsusiyyətlərlə zəngindir.
Nar şirəsi ürək üçün olduqca faydalıdır, damarları təmizləyir, yuxarı təzyiqi tənzimləyir, qanın tərkibini yaxşılaşdırır, immun sisteminə müsbət təsir edir, orqanizmə xərçəng əleyhinə təsir edir. Lakin bütün bu faydalı xüsusiyyətlərdən bəhrələnmək üçün nar şirəsini düzgün qəbul etmək lazımdır.
Saglamolun.az xəbər verir ki, qastrit, xora xəstəliyi, qəbizlik və pankreatit zamanı nar şirəsini içmək tövsiyə edilmir.
Sağlam insanlar isə nar şirəsini yarıbayarı su və ya digər şirə ilə (alma, kök) durulaşdırılıb içməlidir. Gün ərzində 1 stəkan belə şirə içmək kifayətdir.
Nar şirəsini sıxdıqdan qərhal sonra içmək lazımdır.
Nar şirəsi diş emalına mənfi təsir edir ki, bu səbəbdən mütəxəssislər bu şirəni borucuqdan içməyi tövsiyə edirlər.
Nar şirəsini içdikdən sonra ağız boşluğunu su ilə yaxalamaq lazımdır.

Son xəbərlər