"Meymunçiçəyi virusu yeni COVID deyil"
Dünya 10

"Meymunçiçəyi virusu yeni COVID deyil"

"Meymunçiçəyi virusunun yayılması Avropa ölkələri üçün koronavirusda olduğu qədər təhdid doğurmur".

"Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun rəhbəri Hans Klyuqe deyib.

O hesab edir ki, meymunçiçəyi virusu yeni COVID deyil.

"Biz Avropa regionunda meymunçiçəyini necə nəzarətdə saxlamağı, eləcə də xəstəliyin yayılmasına yol verməmək üçün atılmalı olan addımları bilirik", - deyə Klyuqe əlavə edib.

Qeyd edək ki, avqustun 14-də ÜST meymunçiçəyi virusunun yayılmasını səhiyyədə fövqəladə vəziyyət elan edib. Hazırda Afrika ölkələrində virusun yayılması müşahidə edilir. Ötən həftə İsveçdə də bu virusa yoluxma halı qeydə alınıb.



Oxşar xəbərlər

Son xəbərlər