ÜST ilk meymunçiçəyi testini təsdiqlədi
Dünya 0

ÜST ilk meymunçiçəyi testini təsdiqlədi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin diaqnozu üçün tarixdə ilk dəfə təcili istifadə üçün testi təsdiqləyib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə təşkilatın saytında xəbər verilib.

Bildirilib ki, "Abbott Molecular Inc." şirkəti tərəfindən istehsal edilən test virusun yayılması ilə üzləşən ölkələrdə diaqnostik imkanları əhəmiyyətli dərəcədə genişləndirməyi hədəfləyir.

"Erkən diaqnoz vaxtında müalicəni və qulluğu, eləcə də virusun yayılmasına nəzarəti təmin edir", - deyə məlumatda vurğulanıb.

Qeyd edilib ki, bu, xüsusilə virusun test imkanlarının hələ də məhdud olduğu Afrika ölkələri üçün aktualdır. Afrika İttifaqının Xəstəliklərə Nəzarət Mərkəzinin 3 oktyabr tarixinə olan məlumatına görə, ilin əvvəlindən bəri regionda meymunçiçəyidən artıq 866 ölüm qeydə alınıb.

Meymunçiçəyi - adətən Mərkəzi və Qərbi Afrikanın ucqar bölgələrində rast gəlinən nadir virus xəstəliyidir. Lakin bu il yoluxma halları ABŞ, İspaniya, Fransa, Böyük Britaniya, İsveç və Mərakeş daxil olmaqla digər ölkələrdə də qeydə alınıb. Avqustda ÜST meymunçiçəyi epidemiyasını səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib və virusun qarşısının alınması üçün qlobal səylərin vacibliyini vurğulayıb.



Son xəbərlər